KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 17-də saat 8.00 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində...

17.07.2017

İyulun 17-də saat 8.00 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Elçin Babayevin idarə etdiyi “Daevoo Gentra”, Hikmət Baxışovun idarə etdiyi “VAZ-2107”, Əlixan Babayevi idarə etdiyi “Daevoo” markalı sərnişin avtobusu və Gədəbəy rayon sakini Orxan Tağıyevin idarə etdiyi “Volksvagen” markalı avtomobillər toqquşub. Nəticədə E.Babayev və sərnişini Sevinc Paşayeva hadisə yerində ölüblər. Suraxanı RPİ tərəfindən araşdırma aparılır. 

İyulun 5-də Bakı şəhər sakini Ceyhun Abbasova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Peyman Bəhrəmzadə Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

İyulun 17-də saat 22 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Firuz Cavadov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Babək rayon sakini Mehman Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Bağırovdan 2 kiloqram marixuana götürülüb.

İyulun 16-da Suraxanı rayonunun Bülbülə qəsəbəsindən Bakı şəhər sakini Vasif Ağammədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.  Aparılan profilaktiki tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xalid Əbdülməmmədov könüllü olaraq Səbail Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.