KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 18-də saat 9.00 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsi ev 26-nın zirzəmisində fəaliyyət göstərən...

18.07.2017

İyulun 18-də saat 9.00 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsi ev 26-nın zirzəmisində fəaliyyət göstərən camaşırxanada yanğın baş verib. Nəticədə 76 kvm. sahədə olan əşyalar yanıb. Yanğın söndürüldükdən sonra orada işləyən Yevlax rayon sakini Mustafa Yusifovun tüstüdən boğulmuş meyiti tapılıb.  Araşdırma aparılır.
 
İyulun 17-də Nəsimi rayonunun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevi döyüb 170 manat pulunu və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk ediblər. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki mağazalardan birindən 17.000 manat dəyərində santexnik əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Aydın Nəcəfov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Habil Əliyev və Rəşad Bayramlının ətraflarında Suraxanı RPİ 32-ci və 33-cü PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin aprel və iyul ayları ərzində rayon ərazisində 7 avtomobildən pul və yan güzgülərini oğurlamaları da müəyyən edilib. 
İyulun 10-da Bakı şəhər sakini İdris Xəlilova məxsus "VAZ-2107" markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elçin Əhmədov Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən tutulub.

İyulun 17-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən Bakı şəhər sakini Əlif Quliyevə məxsus "QAZel" markalı avtomobil qaçırılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Şamaxı rayon sakini Elvin Pənahov iyulun 18-də saat 3.00 radələrində Xırdalan şəhəri ərazisində nəqliyyat vasitəsini idarə edərkən saxlanılıb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 

Xəzər RPİ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəsur Həsənova məxsus həyətyanı sahədən kultivasiya yolu  ilə yetişdirilən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

İyulun 18-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Yevlax rayon sakini Şahmar Yusubov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.