KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Xəzər RPİ 1-ci PB və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

20.07.2017

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Xəzər RPİ 1-ci PB və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin iyun ayına qədər olan müddətdə paytaxt ərazisində 5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ramiz Abbasov tutulub.

İyulun 20-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Bəhman Səfiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Elman Musayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.  Xəzər RPİ tərəfindən araşdırma aparılır.