KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 23-də Sabunçu rayonu ərazisindəki evlərdən birindən mobil telefon və qol saatı oğurlamaqda şübhəli...

24.07.2017

İyulun 23-də Sabunçu rayonu ərazisindəki evlərdən birindən mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cümşüd Qasımov Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-dən 20-dək olan müddətdə rayon ərazisindəki 2 qarajdan 350 manat, akkumulyator və avtomobil üçün ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə tutulub.

İyulun 17-də Xətai rayonu ərazisində bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Əlizadə Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən tutulub.