KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki...

25.07.2017

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki kafelərdən birindən 1000 manat və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Fərid Allahverdiyev tutulub.

Sabunçu RPİ və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamil İsmayılova və Anar Allahverdiyevə məxsus “Zontes” markalı motosikletləri qaçırmaqda şübhəli bilinən Saatlı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramazan Həsənov tutulub.

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Elçin İbrahimovdan “Naqan” tipli tapança götürülüb.