KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

10.08.2017

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərdən birindən 1700 manat, 75 ABŞ doları, habelə 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elmin Cəfərov tutulub.

Avqustun 10-da saat 2 radələrində Nəsimi rayonunun Moskva prospektində 2 naməlum şəxs Bakı şəhər sakini İlqar Ağayevə zor tətbiq edərək pulunu və mobil telefonunu alıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağdam rayon sakini Ruslan Məhərrəmov və Yevlax rayon sakini Elxan Zeynalov tutulublar.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Bakı şəhər sakini Şaiq Alıyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Aleksey Litvinenko tutulub.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini Elmar Ocaqquliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvü - paytaxt sakini Aslan Əliyev tutulub.

Avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.