KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının...

15.08.2017

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-13-də Bakı şəhər sakinləri Hüseyn Həsənovun mobil telefonunu soyğunçuluq, Ariz Şahbazzadənin mobil telefonunu isə dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov və Oqtay Əzimzadə tutulublar.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İsayev tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də Bakı şəhər sakini olan bir qadının 20 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Heydər Qəniyev tutulub. Ətrafında aparılan tədbirlərlə onun cari ilin iyun-avqust aylarında daha 3 qadının pul və mobil telefonlarını dələduzluq yolu ilə alması da müəyyən edilib.

Avqustun 15-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Ağabala Məmmədzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Abdullayevi vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.