KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 18-də saat 20 radələrində Binəqədi RPİ 7-ci Polis Bölməsinə zəng edən şəxs...

18.08.2017

Avqustun 18-də saat 20 radələrində Binəqədi RPİ 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı cinayət işi başlanılıb.Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 12-də rayon ərazisindəki bağ evlərindən birindən 2 ədəd kondisioner, 5 ədəd plastik pəncərə, su mühərriki və inşaat materialı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əlizaman Zalıyev tutulub.

Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən avqustun 17-də Bakı şəhər sakini Eldar Tağıyevin içərisində 564 manat və bank kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elçin Məmmədov saxlanılıb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Hüseynağa İsmayılovun ətrafında Nəsimi RPİ 22-ci PB və Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisində daha bir evdən 200 manat pul və mobil telefon oğurlaması da müəyyən edilib.

Avqustun 18-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Vahid İmranovun idarə etdiyi “UAZ” markalı avtomobillə 25-30 yaşlı kişinin idarə etdiyi motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilən motosikletin sürücüsü orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.