KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 19-da Bakı şəhər sakini Kənan Mikayılova bıçaqla xəsarət yetirməklə...

20.08.2017

Avqustun 19-da Bakı şəhər sakini Kənan Mikayılova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Rza Məmmədrzayev Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Nizami RPİ 24-cü PB və Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cari il iyunun 18-də Bakı şəhər sakini Nərminə Hüseynovanın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Mingəçevir şəhər sakini olan yeniyetmə şəhər ərazisində tutulub.

Xəzər RPİ-nin əməkdaşları tərəfindən Salyan rayon sakini Amid Nuriyevdən 425 qram marixuana götürülüb.

Səbail RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 11 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.