KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş...

21.08.2017

Avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyüb pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyun-avqust ayları ərzində rayon ərazisində 1 çay evindən və 1 klubdan pul, noutbuk, 6 ədəd oyun aparatı və qəlyan, habelə Əhliman Abdullayevlə birgə “Hyundai” markalı avtomobildən 50 manat pul, həmçinin faraları sökərək oğurlaması da müəyyən edilib.

Nərimanov RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 nəfər barəsində müvafiq tədbir görülüb.
Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə avqustun 19-da Bakı şəhər sakini olan bir qadının 1000 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Xocavənd rayon sakini Dalğın Ağayev tutulub.

Avqustun 14-də Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qəsəbə ərazisində R.Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verməsi, sonuncunun onun sinə nahiyəsinə yumruqla vurması nəticəsində yıxılıb ölməsi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə M.Zəkiyev tutulub.

Avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyüb pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyun-avqust ayları ərzində rayon ərazisində 1 çay evindən və 1 klubdan pul, noutbuk, 6 ədəd oyun aparatı və qəlyan, habelə Əhliman Abdullayevlə birgə “Hyundai” markalı avtomobildən 50 manat pul, həmçinin faraları sökərək oğurlaması da müəyyən edilib.

Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən iyulun 5-də Bakı şəhər sakini Talış Gülməmmədovun mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Sədicahan Məmmədova saxlanılıb.

Avqustun 21-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Nazim Nuriyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Avqustun 21-də saat 23 radələrində Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini Vüsal Hüseynov idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.