KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 22-də Binəqədi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini...

24.08.2017

Avqustun 22-də Binəqədi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Rasim Şirəliyevi bıçaqla hədələyərək pul tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Qüdrət İbrahimov tutulub.

Avqustun 24-də Yasamal rayonunun Z.Xəlilov küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Ceyhun Xəlilbəylini döyüb bıçaqla hədələyərək ondan 1000 manat pul alıb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən  paytaxt sakinləri Vaqif Əliyev, Fərid İbrahimov və Abşeron rayon sakini Ruslan Ardatyev tutulublar.