KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

26.08.2017

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il mayın 18-də rayon ərazisindəki evlərdən birindən 1400 metr elektrik kabeli və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azər Ağacanov tutulub.
 
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 25-də Biləcəri qəsəbəsindəki evlərdən birinin həyətindən avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Ziya Abdullayev tutulub.

Səbail RPİ 41-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Əziz Əmrahova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini Ramil Gözəlov tutulub.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə avqustun 25-də Bakı şəhər sakini Rəşid Kərimova məxsus anbardan tütün məmulatı oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Vaqif Allahverdiyev və İsmayıl Rüstəmov tutulublar.

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 25-də Bakı şəhər sakini Vahid Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ramana qəsəbə sakinləri Pərviz Qurbanov və Ceyhun Bağırov tutulublar.