KRİMİNAL XRONİKA
Əsas səhifəXətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...
27.08.2017
Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də Bakı şəhər sakini Elman İbrahimova məxsus “Yamaha” markalı motosikleti qaçırmaqda şübhəli bilinən paytaxt sakini Rauf İsgəndərov tutulub. Aparılan araşdırmalarla onun motosikleti həmyerlisi olan S.Əhmədova satması müəyyən edilib. RPİ-nin əməkdaşları tərəfindən S.Əhmədovun Yasamal rayonu ərazisindəki qarajına baxış zamanı həmin motosiklet aşkar edilib.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki evlərdən birinin həyətindən 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Toğrul Əliyev RPİ-nin əməkdaşları tərəfindən tutulub.