KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 23-də Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindəki avtomobillərin təmiri sexlərindən...

23.09.2017

Sentyabrın 23-də Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindəki avtomobillərin təmiri sexlərindən birində usta işləyən qəsəbə sakini Fuad Təhməzova məxsus mobil telefon oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Nəzərov 38-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da Bakı şəhər sakini Mayis Əhmədovun evindən 650 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Taleh Mehrabov sentyabrın 23-də tutulub. Araşdırmalar zamanı T.Mehrabovun pul və qızıl əşyalarının M.Əhmədovun arvadı Şahpəridən zor tətbiq edərək alması müəyyən edilib. Faktla əlaqədar CM-nin 177-ci (oğurluq)  maddəsi ilə başlanmış cinayət işi CM-nin 180-ci (soyğunçuluq) maddəsinə tövsif edilib.