KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 30-da Binəqədi rayonunun Ə.Rəcəbli küçəsində naməlum şəxs...

30.09.2017

Sentyabrın 30-da Binəqədi rayonunun Ə.Rəcəbli küçəsində naməlum şəxs Sumqayıt şəhər sakini Roman Əliyevə məxsus “Mercedes” markalı avtomobildən soyğunçuluq yolu ilə mobil telefonu götürüb hadisə yerini tərk edib. 
Hadisəni törətməkdə şübhəli bilinən Ordubad rayon sakini Tural Lütfəliyev Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 29-da rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Orxan Məcidov tutulub.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Miryaqub Bağırov “TOZ-16” markalı tüfəngi könüllü olaraq Sabunçu RPİ 12-ci PB-yə təhvil verib.