KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 3-də saat 21 radələrində Nərimanov rayonunun...

03.10.2017

Oktyabrın 3-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Natiq Rüstəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyran Kazımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Oktyabrın 3-də saat 22 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin ərazisində Bakı şəhər sakini Samirə Həmzəyeva idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nemət Abdullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 2-də rayon ərazisindəki evlərdən birindən 70 manat və kosmetik əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəsur Süleymanov tutulub.

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Boris Leonidoviç Yudindən 425 qram marixuana götürülüb.