KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Rüstəmzadənin ətrafında...

04.10.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Rüstəmzadənin ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun sentyabrın 18-də Mirqədir Mansurova məxsus “VAZ-21011” markalı avtomobili qaçırması da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Aqil Abbasovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 7-də rayon ərazisindəki mənzillərdən birindən 320 manat və 100 avro, habelə qızıl boyunbağı oğurlaması da müəyyən edilib. 

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Kənan Cəfərli və Fərid Dadıxa tutulublar.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Vüqar Babayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Boqdan” markalı avtomobili idarə edən - Bakı şəhər sakini Vahid Vəliyev saxlanılıb.

Səbail rayonu ərazisində dilənçiliklə məşğul olan 6 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.