KRİMİNAL XRONİKA

Əsas səhifə

Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan...

09.10.2017

Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Teymur Nəzərovun  ətrafında Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari il sentyabr ayının 16-da rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edərək mobil telefonunu alması da müəyyən edilib.

Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Teymur Nəzərovun  ətrafında Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari il sentyabr ayının 16-da rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edərək mobil telefonunu alması da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Məmmədovun və Cəlal İbrahimovun ətraflarında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların cari ilin iyun-sentyabr ayları ərzində Bakı şəhər sakini Elçin Hüseynovla birgə rayon ərazisində 6 həyətyanı sahədən məişət əşyaları və qaz sayğacları oğurlamaları da müəyyən edilib. 1-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Hüseynov tutulub.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oktyabrın 7-də N.Abdullayev küçəsində Türkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdən 680 manat və geyim əşyaları oğurlamaqda şübhəli bilinən digər bir Türkiyə vətəndaşı, əvvəllər məhkum olunmuş Şükrü Rza Erdoğan tutulub.

Oktyabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Həbib Kərimov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşlə arvadı Səbinəyə qarın nahiyəsindən xəsarət yetirib. Nəticədə S.Kərimova xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub, hadisə yerindən qardaşına məxsus “Churchill” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Oktyabrın 9-da saat 2 radələrində Yasamal rayonunun Tbilisi prospektində Bakı şəhər sakini Xalid Haqverdiyev idarə etdiyi “Hovo” markalı avtomobili aşırıb və nəticədə sürücü  hadisə yerində ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.