KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyin ayrı-ayrı sutrukturlarının...

10.10.2017

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyin ayrı-ayrı sutrukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar. Dəstə üzvü olan Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilindiyinə görə tutulan Faiq Alıyevin ətrafında Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyulun 26-da və avqustun 27-də rayon ərazisindən daha 2 avtomobili qaçırması da müəyyən edilib.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 9-da rayon ərazisindəki 2 mağazadan mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Rəşad Abdullayev tutulub.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də rayon ərazisindəki evlərin birindən 1000 manat və 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Mürbətov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Kamil Məmmədovun, Cəlal İbrahimovun və Elçin Hüseynovun ətraflarında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin avqust ayından indiyədək olan müddətdə rayon ərazisindəki 21 evdən qızıl əşyalar, mobil telefon, elektrik naqili və qaz sayğacı oğurlamaları da müəyyən edilib.