KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında...

11.10.2017

Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər. Bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmır.Dərhal görülən tədbirlərlə  həmin şəxs yaxalanıb. Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, «Samsung» və «İphone -7» markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş  Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə  Bakı Dövlət Universitetinin tələbələri olan həmin qızlara məxsus olduğu məlum olub.  Faktla bağlı araşdırma aparılır.

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əfqan Bəhrəmov vəfat etmiş əmisindən qalan “Makarov” markalı tapançanı, 4 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Avqustun 31-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 370 manat və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağasəməd Zabirli Nəsimi və Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulub.

Oktyabrın 9-da paytaxt sakini Miryaqub Allahverdiyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Rəşad Abdullayev Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Oktyabrın 9-da saat 14 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Elvin Həbibov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keşən Sumqayıt şəhər sakini Kəmalə Əbdürəhimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 11-də orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.