KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və...

24.10.2017

Bakı Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Ağarza Bağırov Nərimanov rayonu ərazisində tutulub. Ətrafında aparılan  əməliyyat tədbirləri ilə onun hadisəni Salyan rayon sakinləri Ülvü Xudayev və Qədir Nuriyevlə birgə törətməsi müəyyən edilib. Tədbirlərin davamı olaraq Ü.Xudayev və Q.Nuriyev tutulublar.

Oktyabrın 24-də Nəsimi rayonu ərazisindəki lombardlardan birinə gələrək orada işləyən Abşeron rayon sakini Anar Əliyevi tapançaya bənzər əşya ilə hədəliyib pul və qızıl əşyalar verməsini tələb edən Bakı şəhər sakini Kamran Allahverdiyev Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Ondan oyuncaq tapança götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Zahid Həsənov vəfat etmiş atasından qalan “İJ-16” markalı tüfəngi könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  cari il avqustun 18-də rayon ərazisindəki kafelərin birindən 509 manat və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rahib Quliyev tutulub.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 28-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadının avtomobilindən oğurluq etməkdə şübhəli bilinən qrupun digər üzvü - paytaxt sakini Arif Hüseynov tutulub. Ətrafında aparılan tədbirlərlə onun oktyabrın 20-də daha bir qadının mobil telefonunu oğurlaması müəyyən edilib.

Oktyabrın 24-də Bakı şəhər sakini Fərhad Şaqaliyev Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yaşadığı mənzildə münaqişə zəminində Şamaxı rayon sakini Gülnarə Sadıqovanı boğaraq qətlə yetirib.  F.Şaqaliyev könüllü olaraq 13-cü PB-yə gələrək istintaqa təslim olub.