KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 25-də saat 1 radələrində Nəsimi rayonu ərazisində 2 naməlum şəxs...

25.10.2017

Oktyabrın 25-də saat 1 radələrində Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Kürdəmir rayon sakini Elçin Eyyubova zor tətbiq edərək cibində 270 manat olan gödəkçəsini ondan alıblar. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Süleymanov və Bərdə rayon sakini Seymur İsgəndərov tutulublar.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 6-da paytaxt sakini Fərid Zahirovun pulunu və içərisində ərzaq məhsulları olan çantasını quldurluq yolu ilə almaqda şübhəli bilinən Yaşar Musayev tutulub.