KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

27.10.2017

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 15-də rayon ərazisində 4 əcnəbi vətəndaşın kirayədə yaşadıqları evdən 500 manat və 4200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Bayramov tutulub.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri tədbirlərlə cari il avqustun 7-də rayon ərazisindəki evlərin birindən 350 manat pul, noutbuk və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Şirxan Məmmədov tutulub.

Oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus “BYD” markalı avtomobildən 9242 manat pul oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Röyal Həsənov tutulub.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 26-da Bakı şəhər sakini N.Məmmədovun 50 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Həsənov tutulub.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki evlərin birindən 430 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Kələntərov tutulub.

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər, Yevlax və Yardımlı rayonlarının sakinləri olan 3 yeniyetmə tutulub.

Oktyabrın 27-də saat 19 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Camal Bəşirovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır