KRİMİNAL XRONİKA

Əsas səhifə

Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının birgə keçirdikləri...

01.11.2017

Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 24-də və oktyabrın 31-də rayon ərazisində 2 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Vurğun İbrahimov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Biləcəri qəsəbəsi ərazisindəki bərbərxanaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Zakiri tutulub. Aparılan tədbirlərlə onun oktyabrın 31-də daha 1 nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib. 

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayından oktyabr ayınadək olan müddətdə rayon ərazisində 8 evdən və 1 avtomobildən pul, velosiped, inşaat materialları, təmir-tikinti aləti və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Elnur Həsənov tutulub.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də və 31-də rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Babək rayon sakini Bəxtiyar Məmmədov və Tərtər rayon sakini Zöhrab Hüseynzadə tutulublar.

Noyabrın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən Cəbrayılov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyhun Qəribovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Səbail rayonu ərazisində dilənçiliklə məşğul olduqlarına görə 5 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.