KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rail Quliyevin...

03.11.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rail Quliyevin ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 13-də daha bir evdən 100 manat pul və noutbuk oğurlaması da müəyyən edilib.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 8-dən oktyabrın 9-dək olan müddətdə rayon ərazisində 5 həyətyanı sahədən və 1 avtomobildən təmir-tikinti alətləri, 70 metr elektrik naqili, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ənvər Abbasov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elçin Hüseynovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 26-dan oktyabrın 4-dək olan müddətdə rayon ərazisindəki 5 həyətyanı sahədən qaz sayğacları oğurlaması da müəyyən edilib. 

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Arif Hüseynovun ətrafında Xətai RPİ  34-cü PB-nin əməkdaşları tərəfindən  aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 14-18-də 2 avtomobildən pul, mobil telefon və gümüş əşyalar oğurlaması da müəyyən edilib. 

Oktyabrın 23-də Bakı şəhər sakini Ağarəşid Hüseynova məxsus “Daewoo” markalı avtobusdan akkumulyator oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Zöhrab Hüseynzadə və Babək rayon sakini Bəxtiyar Məmmədov Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Sabunçu rayonunun Nardaran qəsəbə sakini İmran Xudaverdiyev “İJ-16” markalı tüfəngi könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.