KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

06.11.2017

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 30000 manat dəyərində qızıl əşyalar və 8000 manat dəyərində “Vertu” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub. 

Noyabrın 5-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində paytaxt sakini Həsən Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Zərifə Hüseynovanı və Rəhilə Məcidovanı vurub.Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, R.Məcidovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Z.Hüseynova isə noyabrın 6-da orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Şahruzad Novruzova saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 6-da saat 10 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindən keçən dəmir yolu xəttinin üzərində Bakı şəhər sakinləri Rəfail Əkbərovun idarə etdiyi “Mercedes” və Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Bəydəmirovun sərnişinlərindən Babaxan Fətullayev və onun azyaşlı oğlu Elcan hadisə yerində ölüblər, özü və digər 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.