KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

11.11.2017

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Günay Nəsirovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Rəşad Məmmədov saxlanılıb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki restoranlardan birindən musiqi aləti (sintezator) və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Quliyev tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki müəssisələrdən birindən 1 ədəd kompyuter, 1 ədəd qapı, 1 ədəd pəncərə və 20 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 nəfər saxlanılıb.

Sentyabrın 3-də Bakı şəhər sakini Xədicə Yadigarovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Rəmziyyə Abdullayeva Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Araz Əmiraslanovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun sentyabrın 24-də Ruslan Məcidova məxsus “BMW” markalı avtomobildən 6500 manat və 200 ABŞ dolları oğurlaması da müəyyən edilib.