KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri...

13.11.2017

Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də Türkiyə vətəndaşı Nevzat Çakıcının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Şirvan şəhər sakini Fəqan Həsənli saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 30-da paytaxtın Nizami rayonu ərazisində yerləşən “Abşeron rayon elektrik şəbəkəsi” MMC-yə məxsus anbardan 4000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Adil Yusupov və Kürdəmir rayon sakini Loğman Şıxəliyev tutulublar.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ayaz Rəhimovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanası və Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il fevralın 27-də lombardlardan birindən 2000 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 18-də rayon ərazisində “VAZ-2104” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Mirabas Ələkbərov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Habil Məmmədovun ətrafında Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2016-cı il avqustun 13-də Buzovna qəsəbə sakini Rövşən Bayramova məxsus həyətyanı sahədən 6 baş donuz oğurlaması da müəyyən edilib.

Noyabrın 13-də saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Əli Vəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Natiq Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.