KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 15-də saat 3.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakini Səfər Rəşidova...

15.11.2017

Noyabrın 15-də saat 3.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakini Səfər Rəşidova məxsus “VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən həmyerliləri Samir Rəhimov, Nuran Həmidov və Nicat Məmmədov Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən tutulublar. Onların noyabrın 8-dən 12-dək olan müddətdə daha 4 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib. 

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 25-28-də rayon ərazisindəki təndir sexlərinin birindən 24 manat, mobil telefon və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 2-də rayon ərazisində bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Məmmədov tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də rayon ərazisində bir qadının 25 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Asif Daniyev tutulub. Ətrafında aparılan tədbirlərlə onun cari il oktyabrın 28-də daha bir qadına qarşı dələduzluq etməsi də müəyyən edilib.  

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-noyabr ayları ərzində rayon ərazisində 1 mağazadan tütün məmulatı, habelə 7 evdən pul, 40 metr elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Məmmədov tutulub.