KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

16.11.2017

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Fidan Fərzəliyevaya məxsus “Opel” markalı avtomobildən sənəd və açar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turqut Sadıqlı tutulub. Onun sentyabrın 23-də Əziz Əliyevə və Xıdırnəbi Mustafayevə məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib. 

Avtomobil qaçırdığına görə tutulan Cəmil Səfərəliyevin ətrafında Binəqədi RPİ 4-cü və 5-ci PB–lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun sentyabrən 4-də Novruz Bayramova məxsus “VAZ-21011” markalı avtomobili qaçırması da müəyyən edilib.

Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tural Məmmədov və Elşən Yolçuyev tutulublar.

Noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Ənvər Hüseynov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.