KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 17-də saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini İlkin Hacıbəyov...

17.11.2017

Noyabrın 17-də saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini İlkin Hacıbəyov idarə etdiyi “NAZLifan” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 17-də saat 22 radələrində Xətai rayonunun Telnov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehdi Daşdəmirov vurulub və nəticədə M.Daşdəmirov hadisə yerində ölüb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən  noyabrın 16-da rayon ərazisindəki evlərdən birinin həyətindən 11 ədəd plastik pəncərə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elşən Ellazov saxlanılıb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  noyabrın 16-da Bakı şəhər sakini olan bir qadının içərisində 70 manat, mobil telefon və sənəd olan çantasını quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Nicat Əhmədov tutulub. Ondan 2,710 qram heroin götürülüb. 

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində dəmir əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İbrahim Nəcəfov tutulub. Ətrafında aparılan tədbirlərlə onun noyabrın 17-nə keçən gecə rayon ərazisindəki daha bir evdən 4 ədəd dəmir boru oğurlaması da müəyyən edilib.

Apteklərdə güclü təsiredici dərman preparatlarınını qanunsuz satılmasına qarşı polis orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. Növbəti belə tədbir Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Daxil olmuş məlumat əsasında A.Kunanbayev küçəsində fəaliyyət göstərən apteklərdən birinə baxış keçirilib. Bu zaman oradan güclü təsiredici maddə hesab edilən 20 ədəd “Tramadol” həbləri aşkar edilərək götürülüb. Aptekdə işləyən Bakı şəhər sakini Nicat Qaragözov pisixotrop dərmanların qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb. Faktla bağlı araşdırma aparlır.