KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun Həsənovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən...

20.11.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun Həsənovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və  Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 5-də daha bir evdən 25.000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Oktyabrın 14-də Bakı şəhər sakini Rüstəm Xəlilova məxsus avtomobildən 10 ədəd modem və 10 ədəd tüner oğurlamaqda şübhəli bilinən paytaxt sakini İsmayıl Məmmədli və bir yeniyetmə Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Noyabrın 19-da Nəsimi rayonu ərazisindəki çay evlərindən birində Bakı şəhər sakini Elnur Süleymanovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Fərid Quluzadə 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Onun noyabrın 19-da Bakı şəhər sakini Emin Qasımova məxsus  “TOFAŞ” markalı avtomobildən 25 manat və maqnitofon oğurlaması da müəyyən edilib.