KRİMİNAL XRONİKA

Əsas səhifə

Cari il yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində...

05.01.2018

Cari il yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub.
Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.

Yanvarın 5-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Kənan Vəliyev idarə etdiyi “JEEP” markalı avtomobillə yolu keçən paytaxt sakini Tural Mirhadıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-4-də rayon ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazalardan birindən isə planşet oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərov, Sabirabad və Şəmkir rayon sakinləri olan iki yeniyetmə saxlanılıblar.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 13-də Bakı şəhər sakini olan bir nəfərin 1000 avro və 200 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qrupun üzvü - paytaxt sakini, əvvəllər məhkum olunmuş  Elnur  Şıxıyev saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki mağazaların birindən 350 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Muradov saxlanılmışdır.