KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

07.01.2018

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il dekabrın 25-dən yanvarın 7-dək olan müddətdə rayonun Buzovna qəsəbəsindəki inşası başa çatmamış evlərin birindən 100 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Şirinov və Musa Qurbanov saxlanılmışlar.
Ətraflarında aparılan tədbirlərlə onların yanvarın 2-də daha 1 evdən 100 metr elektrik naqili oğurlamaları da  müəyyən edilmişdir.

Yanvarın 4-də Xəzər rayonu ərazisində soyğunçuluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.

Dərhal Xəzər RPİ 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Buzovna qəsəbəsində yaşayan bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə 532 manatının və mobil telefonunun alınması müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Məmmədtağı İsmayılov və İsmayıl Əliyev olmaları müəyyən edilib.
Hər iki şəxs istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Şahbazovdan 480 qram, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Gülümovdan 480 qram marixuana götürüblər.