KRİMİNAL XRONİKA

Əsas səhifə

Yanvarın 10-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir...

10.01.2018

Yanvarın 10-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa vaxtda müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əmiraslanov olması müəyyən edilib. Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Yanvarın 10-da saat 20 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Tərlan Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Məmmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. 
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.