KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Yusif Cəfərovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları...

15.01.2018

Oğurluq etdiyinə görə tutulmuş Yusif Cəfərovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 3-dən 5-dək olan müddətdə rayon ərazisindəki 6 həyətyanı sahədən su sayğacları oğurlaması da müəyyən edilmişdir.

Yanvarın 15-də saat 18 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Şahvələd Allahyarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Zamiq Babayevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 2000 manat və 15.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Şamxal Salmanov və Zamir Əliyev saxlanılmışlar.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Səftər Talıbov “İJ-16” markalı tüfəngi 42-ci Polis Bölməsinə təhvil verib. Silahlar aidiyyatı üzrə təhvil verilib.