KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il...

16.01.2018

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 22-də paytaxt sakini olan bir qadının içərisində 80 manat və sənəd olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Turqut İbrahimov saxlanılmışdır.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də paytaxt sakini olan bir qadının çantasından pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Murad Quliyev və qardaşı Tərlan saxlanılmışlar.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 27-dən cari il yanvarın 15-dək olan müddətdə Maştağa qəsəbəsindəki evlərin birindən 120 manat, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Zirəddinzadə saxlanılmışdır.