KRİMİNAL XRONİKA

Əsas səhifə

Yanvarın 17-də saat 7 radələrində Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini...

17.01.2018

Yanvarın 17-də saat 7 radələrində Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Hikmət Hüseynov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən paytaxt sakini Vəfa Nağıyevanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş Pərviz Səfərovun ətrafında Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 13-dən cari il yanvarın 8-dək olan müddətdə rayon ərazisindəki 7 evdən su mühərriklərini oğurlaması da müəyyən edilmişdir.

Quldurluq etdiyinə görə tutulmuş Mənsum Fətullayevin ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 6-da paytaxt sakini olan 1 qadının içərisində 400 manat və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Zaur Abbasovun ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin mart və noyabr aylarında rayon ərazisindəki 2 həyətyanı sahədən kombi aparatı, 60 metr elektrik naqili, samovar və xalça oğurlaması da müəyyən edilmişdir.