KRİMİNAL XRONİKA

Əsas səhifə

Yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi...

18.01.2018

Yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi “Zontes” markalı motosikleti qarşıda gedən Nurlan Məmmədovun 160 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurmuşdur. Nəticədə T.Mürsəlzadə hadisə yerində ölmüş, sərnişini, Bakı şəhər sakini Rövşən Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ağasəməd Novruzov “İJ-16” markalı tüfəngi könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil vermişdir.