KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Zaur Zərbəliyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...

23.01.2018

Oğurluq etdiyinə görə tutulmuş Zaur Zərbəliyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 4-dən 10-dək olan müddətdə rayon telefon qovşağına məxsus 30 metr telefon kabelini, 1 həyətyanı sahədən məişət əşyaları, habelə 1 evdən qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Elmar Hacıyevin ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 18-dən dekabrın 27-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 17-dən cari il yanvarın 21-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Telman Əbilov saxlanılmışdır.

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Akif Axıyev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 0,18 qram heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq 301,109 qram heroin, 1,561 qram tiryək və 0,9 qram “Tromodol” aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbəsinin ərazisində “Beretta” markalı tapança, 1 patron darağı və 3 ədəd patron tapılıb.