KRİMİNAL XRONİKA

Əsas səhifə

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri...

25.01.2018

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayevi odlu silahla qətlə yetirdiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 24 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilmişdir. Onun tutulması məqsədilə əməliyyat tədbiri keçirilərkən H.Məşədiyev polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə zərərsizləşdirilmişdir. Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yanvarın 25-də Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Bağırov saxlanılıb. Onun çantasına baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Qəhrəman Cəfərov tapdığı 1 ədəd “AKS 74” markalı nömrəsi silinmiş avtomat silahını, 8 ədəd patron və 1 patron darağını könüllü olaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə təhvil verib.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-dən yanvarın 16-dək olan müddətdə rayon ərazisindəki 4 evdən elektrik naqili, su mühərrikləri, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Taleh Xudaverdiyev saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 17-də rayon ərazisindəki evlərin birindən su çəni, 700 metr elektrik naqili və 26 ədəd armatur oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Valeh Salahov saxlanılmışdır.

Yanvarın 6-da Nərimanov rayonu ərazisindəki mağazaların birindan 100 manat, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 1 yeniyetmə 17-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov vurulmuş və nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.