KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

05.02.2018

Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 13500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərhad Sultanov saxlanılmışdır.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-dan 17-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Fərəcov və Raul Hətəmov saxlanılmışlar.


Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisindəki mağazaların birindən 500 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Araz oğlu Vəliyev saxlanılmışdır.

Fevralın 5-də saat 12 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əhliman Dadaşov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Mehdiqulu Poladovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.