KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

12.02.2018

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da paytaxt sakini Şahin Quliyevə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şəki rayon sakini Yusif Əhmədov saxlanılmışdır.


Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Nazim Əlizadə müvafiq sənədləri olmayan “İJ” markalı tüfəngi könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil vermişdir.


Fevralın 12-də saat 1 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs İsmayıllı rayon sakini Elşad İsmayılovu döyüb 110 manatını almışdır. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini İsrafil Rüstəmli saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tehran Abdullayevdən 1 kiloqram 15 qram heroin götürülmüşdür.


Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 9700 manat və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Şəfiyeva və əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılmışlar.