KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

20.02.2018

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini N.Əzizovanın çantasından içərisində 170 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Seymur Hacıyev saxlanılmışdır.


Fevralın 20-də saat 17 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Mayil Məsimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Tarıqulu Orucovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.


Oğurluq etdiklərinə görə tutulmuş Nurlan Ağayev və Sərhat Əmirovun ətraflarında Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il fevralın 15-dən dekabrın 27-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən, 1 evdən, 4 həyətyanı sahədən inşaat materialları, təmir-tikinti alətləri, akkumulyator və pul oğurlamaları da müəyyən edilmişdir.

Fevralın 20-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində qəsəbə sakini Sənan Əzimov münaqişə zəminində həmyerlisi Rüfət Paleşnıya bıçaqla xəsarət yetirmişdir. S.Əzimov könüllü olaraq 31-ci Polis Bölməsinə gələrək istintaqa təslim olmuşdur. Xəstəxanaya yerləşdirilmiş R.Paleşnıy orada ölmüşdür. Araşdırma aparılır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Belə ki, fevralın 20-də Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədov küçəsindən Bakı şəhər sakini Elşən Məmmədova məxsus  “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri Fərhad Salayev və Orxan Pirverdiyev saxlanılıblar. Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Alı Mustafayev küçəsindən Ağsu rayon sakini Nizami Kərimliyə məxsus “Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Rahib Vəliyev saxlanılıb.   Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.