KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 24-də saat 3 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Nəbi Babayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən...

24.02.2018

Fevralın 24-də saat 3 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Nəbi Babayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Əziz Fəttahovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Nəsimi RPİ tərəfindən Araşdırma aparılır. 


Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki gözəllik salonlarının birindən 4 ədəd paltartikən maşın oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov saxlanılmışdır.


Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 16-da Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Rzaquluyev və qardaşı Elvin saxlanılmışlar.