KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini...

25.02.2018

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini olan 1 nəfərin 100 manatını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Xaçmaz rayon sakini Kamran Nəsrullayev, Qusar rayon sakini Radik Həsrətov və əcnəbi vətəndaş Tural Əlyarov saxlanılmışlar.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də rayon ərazisindəki 1 avtomobildən 200 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəvan Abdullayev saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də paytaxt sakini olan 1 nəfərin bankomat kartından 150 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Tərlan Salayev saxlanılmışdır. Ondan 0,153 qram metamfetamin götürülmüşdür.