KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 26-da saat 5 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Salyan rayon sakini Roman Səfərli idarə etdiyi “Daewoo” markalı avtomobillə...

26.02.2018

Fevralın 26-da saat 5 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Salyan rayon sakini Roman Səfərli idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanmış Bakı şəhər sakini Nərgiz Həsənovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş Rəşad Bayramlının ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 27-dən fevralın 17-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən maqnitofon, müşahidə kamerası və akkumulyator oğurlaması müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş Rəvan Abdullayevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbiləri ilə onun yanvarın 9-dan fevralın 20-dək olan müddətdə rayon ərazisindəki 3 evdən, 3 avtomobildən, 1 mağazadan, 1 sexdən və 1  tikinti sahəsindən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiklərinə görə tutulmuş Ələkbər Ələkbərovun və Fərhad Cəfərovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 6-dan fevralın 20-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaları, habelə 1 evdən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.

Fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızını döymüşdür. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş Z.İslamova fevralın 26-da orada ölmüşdür. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İslamov saxlanılmışdır. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Araşdırma aparılır.

Fevralın 26-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Xırdalan şəhər sakini Ehtiram Vəliyev ilə sərnişini arasında mübahisə baş vermiş və bu zaman sərnişin ona məxsus “Daewoo” markalı avtomobili qaçırmışdır. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əliyev həmin gün Azadlıq prospektində avtomobillə birgə saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.