KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 5-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini...

06.04.2018

Aprelin 5-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Həsənov axşam saatlarında S.S.Axundov küçəsində tanımadığı 3 nəfərin bıçaq və elektroşokla ona hədə-qorxu gələrək mobil telefonunu aldıqlarını, geri qaytarılması müqabilində 100 manat pul tələb etdiklərini, pulu verə bilmədiyindən isə telefonu götürərək aradan çıxdıqlarını bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Lənkaran şəhər sakini Layiq Fərəcli, Şirvan şəhər sakinləri Oqtay Mursalıyev və əvvəllər məhkum olunmuş Şəhriyar Nərimanov olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi   əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobuslarında ayrı-ayrı vaxtlarda Baki şəhər sakini olan 4 nəfərin ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nadir Mirzəyev saxlanılıb.  Faktla bağlı araşdırma aparılır.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə metronun “Nizami” stansiyasının platformasında Şəmkir rayon sakini T.Hüseynovanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Tağıyevdən çəkisi 1 kiloqram 50 qram narkotik vasitə olan heroin götürülüb.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Quliyevdən isə şəxsi axtarış zamanı 450 qram marixuana aşkar edilib.