KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

14.04.2018

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də rayon ərazisindəki mağazaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Fərəcov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il mayın 10-dan cari il fevralın 2-dək olan müddətdə 1 nəfərin cibindən, 1 mağazadan, 1 nəfərin çantasından və 1 avtomobildən pul, mobil telefon və akkumulyator oğurlaması, habelə 1 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.

Oğurluq etdiklərinə görə tutulmuş Tural Fətullayevin və Ruslan Cavadovun ətrafında Qaradağ RPİ 11-ci və 38-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki 6 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Aprelin 14-də saat 17 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Əzimxan Qurbanov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanmış Qax rayon sakini Aslan Mustafayevə məxsus “Mercedes” markalı avtomobilə vurmuş və nəticədə sürücü hadisə yerində olmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.