KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

15.05.2018

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da H.Qədimalıyevin cibindən 260 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Rəcəbov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Həsənqulu Qurbanovun ətrafında Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun cari il martın 6-da rayon ərazisində “VAZ-2112” markalı avtomobildən 3500 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Vüsal Mikayılovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 21-dən cari il yanvarın 18-dək olan müddətdə rayon ərazisində 2 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilmişdir.

Mayın 15-nə keçən gecə Binəqədi rayonu ərazisindən Sumqayıt şəhər sakini Təvəkkül Cəfərova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılmışdır. DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətləri, Bakı ŞBPİ DYPİ və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən, Bakı şəhər sakini olan bir yeniyetmə avtomobillə birlikdə saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.